Braziliya yığması Olimpiadadan kənarda qaldı

31-07-2021, 08:22           
Braziliya yığması Olimpiadadan kənarda qaldı
Olimpiadanın qadın futbolu turnirinin 1/4 final matçları keçirilib.

Kanada və Braziliya seçmələri arasında keçirilən və əsas vaxtı qolsuz heç-heçə ilə başa çatan matçda qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada 4:3 hesabıyla üstün olan şimali amerikalılar yarımfinala yüksəliblər.

Avstraliya və Britaniya yığmalarının qarşılaşmasında da əsas vaxtda qalib müəyyən olunmayıb. 2:2 hesabıyla bitən matçın əlavə vaxtında daha 3 qol vurulub. Nəticədə, avstraliyalı xanımlar oyun baxımından avropalılardan üstün olduqlarını sübut ediblər.

Niderland-ABŞ matçı da oxşar senarilə cərəyan edib. 2:2 hesablı heç-heçənin ardından əlavə vaxta ehtiyac yaranıb. Lakin burada iş penaltilərədək gedib çatıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən amerikalı xanımlar (4:2) yarımfinala çıxmaq hüququ qazanıblar.

Sonuncu 1/4 qarşılaşmasında isə İsveç ev sahibi Yaponiyadan 3:1 hesabıyla üstün olub.

Beləliklə də, avqustun 2-də baş tutacaq yarımfinallarda Avstraliya İsveç, Kanada isə ABŞ millisilə üz-üzə gələcək. Avqustun 5-də üçüncü yer uğrunda, 6-sı isə final qarşılaşması keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru