Tokio-2020: Ruslan Lunyov növbəti çıxışını başa vurub 1-08-2021, 08:02 Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışına start verib."Report"un məlumatına görə, idmançı kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçmada qüvvəsini sınayıb.O, ilk günün yekununda 281 xal toplayıb. Lunyov hazırda 27 idmançı arasında 18-ci sıradadır. Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək.Həlledici mərhələdə ən yaxşı nəticə göstərmiş 6 güllə atıcısı iştirak edəcək.Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yeri tutub. Facebook-da paylaş