Şəhriyar Məmmədyarov bu gün Levon Aronyanla at oynadacaq

3-08-2021, 07:22           
Şəhriyar Məmmədyarov bu gün Levon Aronyanla at oynadacaq
Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsində növbəti görüşlərini keçirəcək.

Bizim.Media xəbər verir ki, bu, 36 yaşlı qrossmeysterin "Chessable Masters" adlanan turnirinin təsnifat mərhələsində son qarşılaşmaları olacaq.

Məmmədyarov XI turda niderlandlı Jorden Van Forestlə qara, XII turda Alireza Firuzca (FIDE) ilə ağ, XIII turda ABŞ təmsilçisi Uesli So ilə qara, XIV turda Levon Aronyanla ağ, sonuncu - XV turda isə norveçli Aryan Tari ilə qara fiqurlarla oynayacaq.

10 turdan sonra Azərbaycan təmsilçisi 16 şahmatçı arasında 6,5 xalla 4 - 6-cı yerləri bölüşdürür.

Bugünkü görüşlərin ardından Məmmədyarovun növbəti raunda vəsiqə qazanıb-qazanmayacağı bəlli olacaq.

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru