Tokio-2020: Rafiq Hüseynov erməni ilə güləşəcək, Manolova medalsız qalıb

3-08-2021, 07:29           
Tokio-2020: Rafiq Hüseynov erməni ilə güləşəcək, Manolova medalsız qalıb
Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı Meerim Jumanazarov (Qırğızıstan) ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Manolova olimpiadanı medalsız başa vurub. O, ötən gün 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə dueldən məğlub ayrılıb.

Yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla güləşəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru