Tokio-2020: Tarixdə ilk dəfə türkiyəli qadın boksçular finala yüksəlib

4-08-2021, 11:45           
Tokio-2020: Tarixdə ilk dəfə türkiyəli qadın boksçular finala yüksəlib
Türkiyənin iki qadın boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında finala yüksəlib.

"Report"un məlumatına görə, 51 kq-da yarışan Buse Naz Çakıroğlu Çin Taypeyini təmsil edən Huanq Hsiao-Veni yarımfinalda məğlubiyyətə uğradıb.

68 kq-da mübarizə aparan Busenaz Sürmeneli isə hindistanlı Lovlina Borqohainə şans verməyib - 5:0. Çakıroğlu qızıl medal uğrunda Stoyka Krasteva (Bolqarıstan) ilə, Sürmeneli isə Gu Honqla (Çin) döyüşəcək. Hər iki qarşılaşma avqustun 7-də olacaq.

Qeyd edək ki, tarixdə ilk dəfə türkiyəli qadın boksçular olimpiadanın finalına yüksəlib. Tokio-2020 avqustun 8-də başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru