Qətərli atletdən şərəfli addım...- Duyğusal anlar

4-08-2021, 12:35           
Qətərli atletdən şərəfli addım...-
Kişilər arasında hündürlüyə tullanma yarışlarında qətərli Mütaz Əssa Barşim və italiyalı Canmarko Tamberi çempion elan edilib.

Tamberi Tokio olimpiadasında kişilər arasında hündürlüyə tullanma yarışlarının finalında Barşimlə qarşılaşıb.

Hər iki idmançı finalda 2.37 metr tullanıb. Hakimlər idmançıların hər birinə daha üç cəhd imkanı verib, amma heç biri 2.37 metrdən yuxarı çatmayıb.

Hər ikisinə daha bir cəhd verilib, amma italiyalı ayağından ciddi zədə aldığı üçün son cəhddən geri çəkilməli olub. Qətərli Barşimin qarşısında başqa rəqibi olmayıb. Bundan sonra Qətərli idmançı hakimdən son cəhddən imtina etsə, qızıl medalın hər ikisinə verilməsinin mümkün olub-olmadığını soruşub. Hakimlər məsləhətləşdikdən sonra bunun mümkün olduğunu deyiblər. İtaliyalı idmançı bu qərardan sonra böyük sevinc yaşayıb.

Bu qərardan sonra qətərli Mütaz Əssa Barşim və italiyalı Canmarko Tamberi birlikdə qızıl medal qazanıblar.//Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru