MBA-da 261 milyonluq müqavilə

4-08-2021, 13:00           
MBA-da 261 milyonluq müqavilə
"Qolden Steyt Ueriors" müdafiəçisi Stiven Karri (Stephen Curry) ilə 261 milyon dollarlıq müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, bu barədə "ESPN" xəbər agentliyinin jurnalisti və basketbol eksperti Edrian Voynarovski şəxsi "Twitter"
səhifəsində yazıb.

MBA tarixində Karri karyerasında ikinci dəfə 200 milyon dollardan çox məbləğlə müqavilə imzalayan ilk basketbolçu olub. Müqavilə 2022/2023 mövsümündən etibarən qüvvəyə minəcək. Ulduz müdafiəçinin müqaviləsində illik əmək haqqı 52,2 milyon dollar olmaqla beş il ərzində rekord 261 milyon dollar olacaq. Karri MBA tarixində mövsüm başına 50 milyon dollardan çox qazanan ilk basketbolçudur.

Ötən mövsüm orta hesabla 32,1 xal toplayan basketbolçu MBA-nın bombardiri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru