Ronaldu “Barselona”ya qarşı oynayacaq

5-08-2021, 09:29           
Ronaldu “Barselona”ya qarşı oynayacaq
“Yuventus”un forvardı Kriştianu Ronaldu Joan Hamper Kuboku uğrunda “Barselona”ya qarşı matçda iştirak edəcək.

Sports.ru bildirir ki, portuqaliyalı hücumçu artıq bir neçə gündür ki, komandasıyla birlikdə məşq edir və Barselonada keçiriləcək ənənəvi mövsümöncəsi turnirdə iştiraka hazırlaşır.

Ronaldunun meydançada 90 dəqiqə ərzində oynamayacağı da bildirilir. Belə ki, onun hələ öz sabit oyun formasını bərpa etmədiyi vurğulanır.

Qeyd edək ki, “Barselona” – “Yuventus” qarşılaşması avqustun 8-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru