Tokio Olimpiadası: Firdovsi Fərzəliyev mübarizəni dayandırdı - YENİLƏNİB + FOTO

5-08-2021, 10:26           
Tokio Olimpiadası: Firdovsi Fərzəliyev mübarizəni dayandırdı - YENİLƏNİB + FOTO
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev qrupda qalıb.

Oxu.Az xəbər verir ki, o, qrupda son görüşünü keçirib. Firdovsi autsayder olan Əli Əl-Saviyə 0:1 hesabı ilə uduzaraq qrupda sonuncu – beşinci pilləyə düşüb.

Bununla da qrupda bir qələbə qazanan və üç məğlubiyyət alan Firdovsi Fərzəliyev yarımfinala yüksələ bilməyib və mübarizəsini başa vurub.

09:15

Firdovsi Fərzəliyev qrupda üçüncü görüşünü keçirib.

O, qrup lideri Darxan Assadilova (Qazaxıstan) 2:6 hesabı ilə uduzub.

İdmançımız hazırda iki xalla dördüncü sıradadır. Firdovsi qrupda son görüşünü Əli Əl-Saviyə (Misir) qarşı keçirəcək.

08:37

Firdovsi Fərzəliyev qrupda ikinci görüşünü keçirib.

Oxu.Az xəbər verir ki, o, sensasiya edərək yapon idmançı Naoto Saqoya 1:0 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra Firdovsi öz qrupunda iki xalla üçüncüdür. Onun yarımfinala vəsiqə qazanması üçün qrupda minimum ikinci yeri tutması lazımdır.




08:01

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio Olimpiadasında mübarizəyə başlayıb.

Oxu.Az-ın xəbərinə görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançımız A qrupunda ilk görüşündə Eray Şamdanla (Türkiyə) qarşılaşıb.

İdmançımız 1:7 hesabı ilə uduzub. Karateçimiz qrupda növbəti görüşünü meydan sahibi idmançısı Naoto Saqoya (Yaponiya) qarşı keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru