Azərbaycan idmanının “ağır artilleriya”sının rəqibləri müəyyənləşdi: Olimpiya çempionları üz-üzə

5-08-2021, 10:28           
Azərbaycan idmanının “ağır artilleriya”sının rəqibləri müəyyənləşdi:
Azərbaycan idmanının “ağır artilleriya”sı sayılan güləşçilərimizin Tokio Olimpiadasında rəqibləri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, üçqat Olimpiya mükafatçımız Mariya Stadnik (50 kq) yeni mübarizə həyəcanına Stalvira Orşuşla (Rusiya) başlayacaq.

Sərbəst güləşdə Olimpiya mükafatçımız Hacı Əliyev (65 kq) Adama Diatta (Seneqal) ilə güləşəcək. Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) isə ilk görüşdə son Olimpiya çempionu Abdulrəşid Sadullayevi (Rusiya) məğlub etməyə çalışacaq.

Qeyd edək ki, hər üç güləşçimiz sabah mübarizə aparacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru