Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazandı

5-08-2021, 11:13           
Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazandı
Azərbaycanlı güləşçi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Qaynarinfo xəbər verir ki, Olimpiadada Ukrayna yığmasını təmsil edən 23 yaşlı yunan-Roma güləşçisinin 67 kq çəki dərəcəsində həlledici rəqibi iranlı Gərai Məhəmmədreza olub.

Bir gün əvvəl 1/8 finaldan mübarizəyə qoşulan və 3 rəqibini məğlub edərək finala adlayan Nəsibov uğurlu çıxışını burada davam etdirə bilməyib. İranlı güləşçiyə 1:9 hesabı ilə məğlub olan həmyerlimiz gümüş mükafatla kifayətlənib və Olimpiya ikincisi olub.

Bu çəkidə bürünc medallar almaniyalı Frank Ger Staebler və misirli Məhəmməd Əlsayedə nəsib olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.