Dünya rekordçusu evində ölü tapılıb

13-10-2021, 17:24           
Dünya rekordçusu evində ölü tapılıb
Keniyalı atlet Aqnes Tirop dünyasını dəyişib.

"Report" Keniya Atletika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı idmançı evində ölü tapılıb.

Onun ölüm səbəbi ilə bağlı araşdırma aparılır. İlkin ehtimala görə, Tiropu həyat yoldaşı öldürüb.

Qeyd edək ki, Aqnes Tirop 2017 və 2019-cu il dünya çempionatlarında bürünc medal qazanıb. O, sentyabrda Almaniyadakı turnirdə 10 min metr məsafəyə 30 dəqiqə 1 saniyəyə qaçaraq, dünya rekordu qırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru