İngiltərə Liqa Kuboku: “Çelsi”nin finaldakı rəqibi “Liverpul” oldu - VİDEO

21-01-2022, 09:46           
İngiltərə Liqa Kuboku: “Çelsi”nin finaldakı rəqibi “Liverpul” oldu - VİDEO
İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin sonuncu oyunu baş tutub.

Oxu.az xəbər verir ki, cavab görüşündə “Liverpul” səfərdə “Arsenal”la qarşılaşıb.

Qonaqların üstünlüyülə keçən matçda “Topçular” qapılarından iki top buraxaraq turnirə əlvida deyiblər. “Liverpul”sa adını finala yazdırıb - 0:2

Qeyd edək ki, komandalar arasında ilk matç yanvarın 13-də keçirilib və qolsuz bərabərliklə yekunlaşıb.

Beləliklə də, turnirin həlledici qarşılaşmasında “Liverpul” “Çelsi” ilə üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru