Fariz Məmmədovdan nokautlu qələbə VİDEO

7-05-2015, 21:17           
Fariz Məmmədovdan nokautlu qələbə VİDEO
Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov növbəti döyüşünü keçirib.

Qol.Az-ın məlumatına görə, təcrübəli boksçu WBO versiyasının reytinq xarakterli döyüşündə belaruslu Andrea Abramenko ilə qarşılaşıb.

Fariz Məmmədov 10 raundluq döyüşün üçüncü raundunda artıq rəqibini nokuata salıb.

Bundan sonra isə o, ağrılar içinə rinqdə çökən rəqibinə yaxınlaşaraq onu qucaqlayıb və qalxmasına kömək edib.

Xatırladaq ki, F.Məmmədov 2013-cü ildə Andrea Abramenkonun böyük qardaşı Aleksandr Abramenkoya da qalib gəlib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru