Rusiyalı məşhur tennisçidən ukraynalı uşaqlara dəstək

10-03-2022, 12:32           
Rusiyalı məşhur tennisçidən ukraynalı uşaqlara dəstək
Rusiyalı məşhur tennisçi Mariya Şarapova Ukraynada müharibədən əziyyət çəkən uşaqlar üçün maddi yardım edib.

Redaktor.az xəbər verir ki, bu barədə idmançı öz instaqram hesabında paylaşım edib.

O, hər kəsi bu yardımlara qoşulmağa çağırıb: “Hər keçən gün Ukraynada artan böhrandan əziyyət çəkən ailələrin və uşaqların fotoları məni çox kədərləndirir.

Ehtiyacı olan ailələri dəstəkləmək üçün çalışıram. Onlara qida, su və digər ehtiyacı olan vasitələri çatdıran “Save the Children” (Uşaqları qoruyaq) təşkilatına ianə edirəm. Hər kəsi də bu aksiyaya qoşulmağa çağırıram. Mən sülh üçün dua edirəm və bütün əziyyət çəkən insanlara sevgimi göndərirəm”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.