“Çelsi” klubuna sərt qadağalar QOYULDU

10-03-2022, 18:25           
“Çelsi” klubuna sərt qadağalar QOYULDU
Britaniya hökuməti “Çelsi” klubuna sərt qadağalar qoyub.

Redaktor.az xəbər verir ki, buna səbəb Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginliklə bağlı klubun rusiyalı iş adamı Roman Abramoviçə sanksiyalar tətbiq edilməsidir.

Klubun satışına icazə verməyən hökumət bütün maddi fəaliyyəti dondurmaq qərarına gəlib. “Zadəganlar”a qoyulan qadağalar bunlardır:

- Futbolçu satmaq, almaq və ya icarəyə vermək olmaz.
- Futbolçularla və işçilərlə yeni müqavilə imzalanmayacaq.
- Ev və səfər matçları üçün bilet satışı gerçəkləşməyəcək. Yalnız abunə kartı olanlar oyunlara buraxılacaq.
- Stadion və ya məşq meydançalarında təmir, yenidənqurma işləri aparılmayacaq, hansısa satış həyata keçirilməyəcək.

Qeyd edək ki, Roman Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funt sterlinqə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru