Konfrans Liqası: “Marsel” “Bazel”dən üstün oldu, “Lester” “Renn”ə qalib gəldi

11-03-2022, 09:28           
Konfrans Liqası: “Marsel” “Bazel”dən üstün oldu, “Lester” “Renn”ə qalib gəldi
Futbol üzrə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Son 4 matçın üçündə meydan sahibləri qalib gəlib, birində isə heç-heçə qeydə alınıb.

Bu raundun diqqət çəkən matçlarından biri Fransada baş tutub. Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Marsel” “köhlən atlar”la eyni qrupda yer almış İsveçrə “Bazel”ini qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa təmsilçisinin heyətində hər 2 qolu Arkadiuş Milik vurub. 19-cu dəqiqədə penaltidən fərqlənən polşalı hücumçu 68-ci dəqiqədə dubl edib. Qonaqların yeganə qoluna isə 80-ci dəqiqədə Sebastyano Espozito imza atıb.

UEFA Konfrans Liqası

1/8 final, ilk oyunlar

10 mart

00:00. "Marsel" (Fransa) - "Bazel" (İsveçrə) - 2:1

00:00. "Lester" (İngiltərə) - "Renn" (Fransa) - 1:0

00:00. PSV (Niderland) - "Kopenhagen" (Danimarka) - 4:4

00:00. "Budyo Qlimt" (Norveç) - AZ (Niderland) - 2:1

21:45. PAOK (Yunanıstan) - "Gent" (Belçika) - 1:0

21:45. "Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya) - 4:1

21:45. "Vitess" (Niderland) - "Roma" (İtaliya) - 0:1

21:45. "Partizan" (Serbiya) - "Feyenoord" (Niderland) - 2:5

Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru