Avropa Liqası: “Barselona” “Qalatasaray”la bacarmadı, “Atalanta” “Bayer”i məğlub etdi - VİDEO

11-03-2022, 09:30           
Avropa Liqası: “Barselona” “Qalatasaray”la bacarmadı, “Atalanta” “Bayer”i məğlub etdi - VİDEO
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin daha 4 oyunu keçirilib.

Bununla da raundun ilk matçlarına yekun vurulub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İspaniyada “Barselona”nın qonağı olub. “Kamp Nou” stadionundakı görüş qolsuz heç-heçə ilə başa çatıb.

Gecənin digər qarşılaşmalarında “Reyncers” Şotlandiyada Serbiyanın “Srvena Zvezda” klubuna, “Braqa” Portuqaliyada Fransa “Monako”suna, “Atalanta” isə İtaliyada Almaniyanın “Bayer” (Leverkuzen) komandasına qalib gəlib.

Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutub. Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya “Leyptsiq”i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

00:00. “Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya) - 3:0

Qollar: Ceyms Tavernye, 11 (pen.). Alfredo Morelos, 15. Folarin Baloqan, 51

00:00. “Braqa” (Portuqaliya) – “Monako” (Fransa) - 2:0

Qollar: Abel Ruis, 3. Vitor Oliveyra, 89

00:00. “Atalanta” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) - 3:2

Qollar: Ruslan Malinovski, 23. Luis Muriel, 25; 49 - Çarles Arangis, 11. Mussa Diabi, 63

00:00. “Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə) - 0:0


21:45. “Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə) - 1:0

Qol: Munir El-Haddadi, 60

Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru