Azərbaycan “Qızıl top”da səs hüququnu itirəcək - Kriteriyalar dəyişdi

11-03-2022, 20:27           
Azərbaycan “Qızıl top”da səs hüququnu itirəcək - Kriteriyalar dəyişdi
“Qızıl top”un verilmə kriteriyaları dəyişdiriləcək.

Bizim.Media xəbər verir ki, buna səbəb prinsiplərin azarkeşlər üçün daha şəffaf və başadüşülən olmasıdır.

İlk növbədə dəyişiklik zamanla bağlıdır. Bundan sonra futbolçuların il deyil, mövsüm ərzindəki nəticələri nəzərə alınacaq. Bu üzdən də “Qızıl top” ilin yox, mövsümün yekunlarına əsasən təqdim olunacaq.

Qətərdəki dünya çempionatı növbəti “Qızıl top”da nəzərə alınmayacaq. Bu, yalnız 2023-cü ildəki mükafata şamil olunacaq.

İkinci dəyişiklik səs hüququ ilə bağlıdır. Bundan sonra yalnız FİFA reytinqində ilk 100 yerin sahibləri səs verəcək. Azərbaycan aşağı sıralarda olduğundan ölkəmiz də səs hüququnu itirəcək.

Üçüncü dəyişiklik fərdi nailiyyətlərlə bağlıdır. Titullar ikinci vacib aspektə çevriləcək.

Qeyd edək ki, mükafatın son sahibi Lionel Messidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru