“Barselona”-“Jalqiris” oyununda Ukraynaya möhtəşəm dəstək - FOTO/VİDEO

12-03-2022, 10:50           
“Barselona”-“Jalqiris” oyununda Ukraynaya möhtəşəm dəstək - FOTO/VİDEO
Martın 11-də Litvanın “Jalqiris” və İspaniyanın “Barselona” klubları arasında Avroliqanın basketbol matçı keçirilib. Oyun əsnasında komandalar və azarkeşlər Ukraynaya öz dəstəklərini ifadə ediblər.

Belə ki, Kaunasdan olan komanda ölkələrinin Müstəqillik Günündə meydana ənənəvi ağ-yaşıl formada deyil, Ukrayna bayrağının rənglərində çıxıb.

Oyundan əvvəl həmçinin “Müharibəyə yox” yazısı olan plakatlar da çıxarılıb. Çağırış hər iki komanda, eləcə də hakimlər tərəfindən dəstəklənib.

Bundan əlavə, Kaunasdakı arenanın tribunalarında azarkeşlər Ukrayna bayraqlarını asaraq, öz həmrəyliklərini bildiriblər.

Qeyd edək ki, “Jalqiris" turnirin lideri üzərində sensasiyalı qələbə qazanıb - 91:84. Litvalılar 23 oyundan sonra hesabında 7 qələbə ilə turnir cədvəlində 13-cü yeri tutur.

Mənbə: Obozrevatel




















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru