“Qarabağ” “Sabah”a qalib gəldi - VİDEO

13-03-2022, 08:48           
“Qarabağ” “Sabah”a qalib gəldi - VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun növbəti görüşü keçirilib.

"Bank Respublika Arena"da "Sabah" və "Qarabağ" üz-üzə gəlib.


Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 30-cu dəqiqədə Abdullah Zubir vurub.

Qələbə sayəsində xalını 43-ə çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. Ağdam komandasının ehtiyatda bir oyunu da var. "Sabah" isə 23 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda "Keşlə" səfərdə "Səbail"i 3:0 hesabı ilə yenib. Tura martın 13-də keçiriləcək "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru