Mahir oynadı, komandası səfərdə heç-heçəyə razılaşdı

13-03-2022, 08:47           
Mahir oynadı, komandası səfərdə heç-heçəyə razılaşdı
Milli komandamızın hücumçusu Mahir Emreli “Dinamo”nun (Zaqreb) heyətində Xorvatiya Liqasında növbəti oyununu keçirib.

25 yaşlı hücumçu XXVII turun “Hayduk”a qarşı prinsipial matçında meydana çıxıb.

Split şəhərindəki “Polyud” stadionunda təşkil olunmuş qarşılaşma bərabərliklə yekunlaşıb - 0:0.

Matça start heyətində başlayan Emrelinin 41-ci dəqiqədə fərqlənmək üçün yaxşı şansı olsa da, başla zərbəsi dəqiq alınmayıb. O, 56-cı dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Marko Toliçə verib.

Bu nəticədən sonra xalını 54-ə çatdıran “Dinamo” liderliyini qoruyub. “Hayduk” isə 49 xalla 4-cü yerdə gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru