Ukraynalı tanınmış boksçu: “Biz öz torpağımızdayıq, öz pravoslav Ukrayna torpağımızda” - VİDEO

13-03-2022, 09:19           
Ukraynalı tanınmış boksçu:
Ukraynalı tanınmış boksçu Aleksandr Usik həmvətənlərinə və Rusiya xalqına müraciət ünvanlayıb.

O, öz müraciətində qeyd edib ki, Rusiya ordusu faşizmlə mübarizə bəhanəsi ilə Ukraynanın xəstəxanalarını, məktəb binalarını, şəhərlərini bombardman edir, yaşayış məntəqələrini yer üzündən silir.

“Biz öz torpağımızdayıq, öz pravoslav Ukrayna torpağımızda! Biz Ukraynamazı yenidən bərpa edəcəyik. Əlimizdə olan bütün vəsaitimizi gözəl ölkəmizin bərpasına xərcləməyə hazırıq”, - deyə Aleksandr Usik vurğulayıb.

Tanınmış boksçu Ukrayna xalqına da səslənərək onlara vətənlərinin müdafiəsində göstərdikləri əzmkar mübarizəyə görə təşəkkür edib.

“Xahiş edirəm, hər evdən çıxanda Allaha dua edin. Bizim hərbçilərimiz üçün dua edin. Vətənimizi müdafiə edən hamı üçün dua edin. Biz hamız dua edirik, Allahın qüdrəti ilə hər şey yaxşı olacaq”.


Mənbə: Segodnya.Ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru