Ronaldo het-trik etdi, dünya rekordu qırdı - VİDEO

13-03-2022, 10:23           
Ronaldo het-trik etdi, dünya rekordu qırdı - VİDEO
İngiltərə Premyer Liqasında 29-cu turun oyunları davam edir.

Qol.az xəbər verir ki, turun mərkəzi matçında "Mançester Yunayted" doğma meydanda "Tottenhem"i qəbul edib. Qarşılaşma "qırmızı şeytanlar"ın 3:2 hesablı qələbəsiylə başa çatıb.

Meydan sahiblərindən Kriştiano Ronaldo het-trik edib. Bununla da o, karyerasındakı qollarının sayını 807-ə çatdıraraq futbol tarixinin ən yaxşı bombardiri adına yiyələnib. 37 yaşlı hücumçu keçmiş çexoslovakiyalı futbolçu Yozef Bitsanın rekordunu (805) qırıb.

"Mançester Yunayted" - "Tottenhem" - 3:2

Qollar: Kriştiano Ronaldo, 12, 38, 81 - Harri Keyn, 35-pen, Harri Maquayr, 72-avtoqol












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru