Çempionlar Liqası: “Benfika” və “Atletiko” növbəti mərhələdə - VİDEO

16-03-2022, 09:15           
Çempionlar Liqası: “Benfika” və “Atletiko” növbəti mərhələdə - VİDEO
UEFA Çempionlar Liqasında 1/4 mərhələsinin daha iki iştirakçısının adına aydınlıq gəlib.

“Mançester Yunayted” doğma meydanda “Atletiko”ya (Madrid) minimal fərqlə məğlub olub - 1:0.

Komandalar arsındakı ilk görüşün nəticəsi (1:1) nəzərə alınaraq, növbəti tura məhz qonaqlar adlayıb.

Gecənin digər qarşılaşması da ev sahibinin minimal hesablı məğlubiyyəti və qonaq komandanın tur adlaması ilə yadda qalıb. “Ayaks”ı məğlun edən “Benfika” adını 1/4 finala yazdırmağı bacarıb - 1:0.

Belə ki, ilk oyunda klublar arasında 2:2 hesablı heç-heçə qeydə alınıb.

Xatırladaq ki, bundan öncə “Bayern” (Münhen), “Liverpul”, “Mançester Siti” və “Real Madrid”in də növbəti mərhələyə çıxdığı dəqiqləşib.

UEFA Çempionlar Liqası

1/8 mərhələsinin cavab oyunları

“Ajaks” – “Benfika” 0:1

İlk oyun: 2:2

“Mançester Yunayted” – “Atletiko” (Madrid) 0:1

İlk oyun: 1:1












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru