Abramoviçi dəstəkləyən "Çelsi" azarkeşləri polislərə hücum edib

17-03-2022, 07:55           
Abramoviçi dəstəkləyən "Çelsi" azarkeşləri polislərə hücum edib
Fransada "Lill" və İngiltərənin "Çelsi" klubları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyunundan öncə insident baş verib.

"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin azarkeşləri barların birində klubun sahibi Roman Abramoviçə dəstək məqsədilə müxtəlif şüarlar səsləndiriblər.

İçkili fanatlar daha sonra onları sakitləşdirməyə çalışan yerli polislərə hücum çəkib, onlara içki şüşələri atıblar. Hüquq mühafizə orqanlarının əməkdaşları insidentin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Böyük Britaniya hökuməti Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən Abramoviçə sanksiya tətbiq edib. Rusiyalı iş adamı klubun rəhbəri vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, bu gecə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda "Çelsi" 2:0 hesablı qələbə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru