Almaniyadan Rusiya və Ukrayna klublarının futbolçuları ilə bağlı qərar

18-03-2022, 10:28           
Almaniyadan Rusiya və Ukrayna klublarının futbolçuları ilə bağlı qərar
Almaniya Futbol İttifaqı (AFİ) Rusiya və Ukrayna klublarından olan futbolçularla bağlı qərar verib.

Qol.az “Kicker” nəşrinə istinadən yaydığı xəbərə görə, bu qərar qeyri-transfer pəncərəsi dövründə alınacaq futbolçularla bağlıdır. AFİ FİFA-nın icazə verdiyi kimi, həmin futbolçuları yeni oyunçular qismində qeydiyyata alacaq. Amma onların bu mövsümün sonuna kimi rəsmi matçlarda iştirakına icazə verilməyəcək. Futbol İttifaqı müvafiq departament və komissiyalarla məsləhətləşdikdən sonra yarışın bütövlüyünü qorumaq məqsədilə bu qərarı verib.

Yeni futbolçulara göstərilən dövrdə komandaları ilə məşq və yoxlama oyunlarında iştiraka icazə verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.