Məşhur ukraynalı boksçu da döyüşlərə qatıldı 18-03-2022, 10:59 Daha bir məşhur ukraynalı idmançı Rusiya ordusuna qarşı döyüşlərə qatılıb.Bizim.Media UNİAN-a istinadən bildirir ki, ukraynalı boksçu Maks Bursak ölkəsinin müdafiəsi üçün döyüşlərdə iştirak etməyə başlayıb.Bu barədə idmançı sosial şəbəkə hesabında məlumat verib. Belə ki, o, öz “İnstagram” hesabında hərbi geyimdə və avtomat silahla fotosunu yerləşdirib. Facebook-da paylaş