“Neftçi” biabırçı hesabla uduzdu, “Qəbələ” üçüncü pilləyə yüksəldi

9-05-2015, 00:06           
“Neftçi” biabırçı hesabla uduzdu, “Qəbələ” üçüncü pilləyə yüksəldi
Bu gün Topaz Premyer Liqasında XXXIII tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk gündə turun 3 qarşılaşması baş tutub.

“Qarabağ” “Xəzər Lənkəran”la səfərdə qarşılaşmasına baxmayaraq, matçın favoriti idi. “Ağ-qaralar”ın cari mövsümdə bu qarşıalşmaya qədər hər üç görüşdə rəqibinə qalib gəlsə də, bu dəfə ev sahibləri 1 xal qazanmağa nail oldular. İki dəqiqə ərzində hər komandanın bir dəfə fərqləndiyi oyunda başqa qol olmayınca tərəflər 1 xala razılşamalı oldular. Premyer Liqada son 8 oyunda uduzmayan Qurban Qurbanovun yetirmələri bu oyunda da yenilgi üzü görmədi, ancaq Lənkəranda qalib gələ bilməyərək çempionluğu rəsmiləşdirməyi ən az bir tur da təxirə saldı.

Ölkə Kubokunun yarımfinal mərhələsində “Neftçi”yə boyun əyən “İnter” bunun əvəzini çempionat oyununda çıxmaq fikrində idi. Maraqlıdı ki, kubokdan fərqli olaraq, “bankirlər” bu mövsüm çempionatda rəqibinə məğlub olmamışdı. Elə bu oyunda da ənənə pozulmadı.
Qalmaqallı, həyəcanlı və gərgin keçən, 4 qolun vurulduğu, iki də qırmızı vərəqinin göstərildiyi oyunda "İnter" rəqibini darmadağın etdi. Çempionatda gümüş medalları təmin etmək üçün sadəcə 1 xala ehtiyacı olan Kaxaber Szadadzenin yetirmələri bu vəzifənin öhdəsindən artıqlaması ilə gələ bildilər.
"Neftçi" isə bu məğlubiyyətlə çox şey itirdi. Üçüncülük uğrunda ən yaxın izləyicisi "Qəbələ"dən geri düşən "ağ-qaralar"ın üstəlik biabırçı məğlubiyyətdən sonra azarkeşləri ilə də arası dəydi. Komanda artıq 3 pillədən 3 xal geri qalır.

“Neftçi”nin paytaxt derbisində məğlub olması “Qəbələ”nin işinə yaradı. Autsayderlər zonasında qərarlaşan “Sumqayıt”ın qonağı olan “qırmızı-qaralar” qalib gələrək, həm bürünc medala iddiasını davam etdirdi, həm də məğlubiyyətsiz oyunlar seriyasını 10-a yüksəltdi.
Zəif rəqibi qarşısında çox da çətinlik çəkməyən qəbələlilər 2:0 hesablı qələbə nəticəsində turnir cədvəlində bir pillə irəlilədi.


XXXIII tur
8 may (cümə)

“İnter” – “Neftçi” - 4:0
Qol: Baçana Sxadadze, 44, 56, Derlis Meza Kolli, 49, Elvin Məmmədov, 90+2
Qırmızı vərəqə: Səlahət Ağayev, 65 - Mirhüseyn Seyidov, 89
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Ömər Paşayev
“İnter Arena”
İlk 3 dövrədəki oyunlar: 0:0, 2:1, 2:0

İnter: Səlahət Ağayev, Laşa Salukvadze, Aleksandr Amisulaşvili, Elvin Məmmədov, Məhəmməd Mirzəbəyov, Sezar Meza Kolli, Arif Daşdəmirov, Voyislav Stankoviç, Baçana Sxadadze, Derlis Meza Kolli, Coşqun Diniyev
Ehtiyat Oyunçular: Elşən Poladov, Azər Salahlı, Abdulla Abatsiyev, Mikel Alvaro, Asif Məmmədov, Yohan Bokanyano, Əfran İsmayılov
Baş məşqçi: Kaxaber Sxadadze

Neftçi: Aqil Məmmədov, Rahil Məmmədov, Araz Abdullayev, Julius Vobay, Rauf Əliyev, Erik Ramos, Əziz Quliyev, Kaue da Silva, Samir Məsimov, Ernest Nfor, Elvin Bədəlov
Ehtiyat oyunçular: Saşa Stamenkoviç, Elşən Abdullayev, Rəhman Hacıyev, Mirhüseyn Seyidov, Emin Mehdiyev, Orxan Bəşirov, Mirabdulla Abbasov
Baş məqşçi: Arif Əsədov


“Xəzər Lənkəran” – “Qarabağ” - 1:1
Qollar: Ağabala Ramazanov, 78 - Leroy Corc, 80
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Vüqar Bayramov, Ramil Əhmədov
"Xəzər Lənkəran" mərkəzi stadionu
İlk 3 dövrədəki oyunlar: 2:3, 2:3, 0:1
“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 10. Ağabala Ramazanov, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 63. Alfred Sankoh, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 4. Ruslan Cəfərov, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 34. Elnur İsmayılov, 17. Kazım Kazımlı, 99. Mahsun Qəmbərli
Baş məşqçi: Yunis Hüseynov

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, ,
20. Riçard Almeyda, 41. Leroy Corc, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 21. Tural Rzayev, 24. Admir Teli, 77. Cavid Tağıyev
Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt” – “Qəbələ” - 0:2
Qollar: Aleksey Qay, 39, Viktor Mendi, 42
Qırmızı vərəqə: Ruslan Tağızadə, 83
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Elvin Əsgərov
“Kapital Bank Arena”
İlk 3 dövrədəki oyunlar: 1:3, 1:1, 0:2
“Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 18. Aleksandr Çertoqanov (k), 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 76. Uğur Pamuk
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 8. Budaq Nəsirov, 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 11.Şahin Əliyev, 20. Elmin Ağayev, 92. Bəxtiyar Həsənalızadə
Baş məşqçi: Aqil Məmmədov

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 9. Viktor Mendi, 15. Ruslan Abışov (k), 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 16. Ruslan Tağızadə, 17. Qismət Alıyev, 18. Ruslan Fomin, 26. Pavol Farkaş, 32. Mixail Sivakov
Baş məşqçi: Roman Qriqorçuk












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.