“Nike” Rusiyada fəaliyyətini tam olaraq dayandırdı

24-06-2022, 10:54           
“Nike” Rusiyada fəaliyyətini tam olaraq dayandırdı
ABŞ-ın “Nike” geyim şirkəti Rusiya bazarından tamamilə çıxacağını açıqlayıb.

Artıq idman geyimi və ayaqqabı istehsalçısı olan şirkət rəsmi qaydada Rusiyanın aidiyyəti qurumlarına xəbərdarlıq məktubunu da ünvanlayıb.

Qeyd edək ki, bir müddət əvvəl “Nike” geyim şirkəti Rusiyanın “Spartak” (Moskva) klubu ilə əməkdaşlığı dayandırmışdı.

“Nike” 2005-ci ildən “qırmızı-ağlar”ın sponsoru olub.

Mənbə: Kommersant












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.