Tofiq Musayevin möhtəşəm qələbəsi - "BELLATOR"DA RƏQİBİNİ 27 SANİYƏYƏ MƏĞLUB EDİB/ VİDEO

23-07-2022, 16:06           
Tofiq Musayevin möhtəşəm qələbəsi -
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da döyüşə çıxıb.

Gununsesi.info xəbər verir ki, Vaşinqtonda rinqə çıxan idmançımızın rəqibi amerikalı məşhur döyüşçü Sidney Outlav olub.

Tofiq Musayev elə ilk raundda rəqibini nokauta göndərməyi bacarıb. Görüş cəmi 27 saniyə çəkib.

Dünyanın məşhur rinqinə yollanan həmyerlimizin rəqibi dünyada tanınan məşhur idmançılardan biri olan Sidney Outlawdir.

Qeyd edək ki, Sidney Outlaw bu günə qədər keçirdiyi 20 döyüşdən 16-sında qələbə qazanıb. 11 döyüşü isə vaxtından əvvəl qələbə ilə başa vurub. Outlaw hal hazırda dünyanın ən nüfüzlu təşkilatlarınnan biri olan Bellatorda yüngül çəki üzrə 1-ci yerdədir. Sidney son 6 ildə sadəcə 1 məğlubiyyət alıb.

Bundan əlavə o Brazilian Jiu-Jitsu üzrə qara kəmər sahibidir.

Tofiq Musayevə gəlincə, qeyd edək ki, həmyerlimiz 2019-cu ildə dünyanın 10 güclü idmançısı siyahısında yer alıb.

İdman Akademiyasının məzunu olan həmyerlimiz Kunq-fu, Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, avropa və dəfələrlə Avrasiya çempionu olmuşdur.

Onu da qeyd edək ki, Tofiq Musayev Bellator-dakı döyüşünə “Palmali Group”un sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə gedib.


İdmançımız bu döyüşdə “Palmali”dəstək olub.

Xatırladaq ki, Tofiq Musayev bu günlərdə İstanbulda Mübariz Mənsimovun qonağı olub.

Mübariz Mənsimovun idmançımıza dəstəyinə bir səbəb də onun 44 günlük Vətən Savaşına könüllü yollanması olub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.