Dibala Ronalduya məxsus rekordu qırıb

27-07-2022, 11:56           
Dibala Ronalduya məxsus rekordu qırıb
İtaliyanın "Roma" klubunun yeni transferi Paulo Dibala İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronalduya məxsus rekordu qırıb.

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, ilk gündə 29 yaşlı hücumçunun 530 min forması satılıb.

Daha əvvəl onun sabiq komanda yoldaşı Ronaldu 2018-ci ildə "Yuventus"a keçərkən rekord müəyyənləşdirib. Həmin vaxt portuqaliyalı oyunçunun 500 min forması alınıb.

Qeyd edək ki, Paulo Dibala "Roma"ya Turin təmsilçisindən azad agent kimi keçib. Forvard "canavarlar"la 3 illik müqavilə imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru