"Qarabağ"ın "Sürix"i keçməklə avrokuboklarda qazandığı üstünlüklər

28-07-2022, 07:53           
"Qarabağ"ın "Sürix"i keçməklə avrokuboklarda qazandığı üstünlüklər
İsveçrə "Sürix"ini mübarizədən kənarlaşdıraraq (3:2, 2:2) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksələn "Qarabağ” avrokubokların hər üç liqasında üstünlük əldə edib.

Qol.az xəbər verir ki, Ağdam klubu ən azı UEFA Konfrans Liqasının qrupu və həmin turnirin mükafatı kimi 2,9 milyon avro avtomatik olaraq təmin edib.

Bundan başqa, "Qarabağ"ın ən azı UEFA Avropa Liqasının pley-off mərhələsində iştirak edəcəyi dəqiqləşib.

Həmçinin, Qurban Qurbanovun komandası Çempionlar Liqasının “pley-off”una bir mərhələ də yaxınlaşıb. Komanda ÇL-in 3-cü mərhələsində "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ” ÇL-də 3-cü mərhələni uduzacağı halda belə, Avropa kuboklarında mübarizəni davam etdirəcək (ən pis halda Konfrans Liqasının qrupunda).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru