Çerçesov: “Müşahidəçimiz “Qarabağ”ı təhlil etməyə köməklik göstərəcək”

28-07-2022, 10:38           
Çerçesov: “Müşahidəçimiz “Qarabağ”ı təhlil etməyə köməklik göstərəcək”
“Müşahidəçilərimizdən biri İsveçrədə “Qarabağ”ın oyununda idi. O, rəqibi təhlil etməyə köməklik göstərəcək”.

“Report”un məlumatına görə, bunu Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Qarabağ” haqqında danışarkən deyib.

59 yaşlı mütəxəssis hələlik yerli çempionatı düşündüklərini bildirib.

Rusiyalı baş məşqçi liqadakı ilk matçda yaxşı çıxış etməyin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, “Qarabağ” “Ferentsvaroş”a qarşı ilk görüşünü 2 və ya 3 avqustda evdə, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru