“Qarabağ”ın qazancı - 6 MİLYONA YAXINDIR

28-07-2022, 11:54           
“Qarabağ”ın qazancı - 6 MİLYONA YAXINDIR
Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə adlayıb.

Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası bununla da UEFA Konfrans Liqasının qrup mərhələsində oynamağı təmin edib.

Bu isə ağdamlılara 2,9 milyon avro qazandırıb.

Həmçinin, komandamız 3-cü mərhələni keçdiyinə görə 480 min avro əldə edib. Bu ümumilikdə 3 milyon 380 min avro (5 milyon 863 min manat) qazanıb.

Bundan başqa “Qarabağ” Avropa Liqasının pley-off mərhələsini təmin edib ki, “Ferençvaroş”a məğlubiyyət olarsa, qitənin nüfuzuna görə ikinci dərəcəli turnirinin qrupuna düşmək şansı əldə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru