Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi Argentinaya qalib gəlib

1-08-2022, 00:10           
Şahmat Olimpiadası:
Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, yığma III turda Argentina seçməsinə qalib gəlib.

Şəhriyar Məmməmdyarov və Rauf Məmmədov rəqiblərini məğlub edib, Nicat Abbasov isə heç-heçəyə razılaşıb. Hazırda Qədir Hüseynovun görüşü davam edir. 36 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.

Komanda ilk turda Əlcəzairi 4:0, II turda isə Filippini 3:1 hesabı ilə üstələyib.

III tur

Azərbaycan – Argentina 2,5:0,5

Şəhriyar Məmmədyarov - Fernando Peralta - 1:0

Rauf Məmmədov - Federiko Peres - 1:0

Qədir Hüseynov - Leandro Krisa (görüş davam edir)

Nicat Abbasov - Dieqo Flores - 0,5:0,5

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru