Şahmat Olimpiadası: Azərbaycan komandaları Türkiyə və İsraillə qarşılaşacaq

1-08-2022, 10:51           
Şahmat Olimpiadası: Azərbaycan komandaları Türkiyə və İsraillə qarşılaşacaq
Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında bu gün IV turun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Türkiyə, qadın millisi isə İsraillə qarşılaşacaq.

Türkiyə – Azərbaycan

Mustafa Yılmaz – Şəhriyar Məmmədyarov

Əmrə Can – Rauf Məmmədov

Vahap Sanal – Qədir Hüseynov

Cəmil Can Ali Marandi – Vasif Durarbəyli

İsrail – Azərbaycan

Marsel Yefroimski – Günay Məmmədzadə

Dina Belenkaya – Xanım Balacayeva

Maşa Klinova – Gövhər Beydullayeva

Mixal Lahav – Ülviyyə Fətəliyeva

Qeyd edək ki, Azərbaycanın hər iki komandası ilk 3 turda rəqiblərini məğlub edib. Kişilər Əlcəzairi 4:0, Filippini və Argentinanı 3:1, qadınlar isə BƏƏ-ni və Finlandiyanı 4:0, Yunanıstanı 2,5:1,5 hesabı ilə yenib. Hazırda onlar 6 xalla müvafiq olaraq, 13-cü və 7-cidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru