Futbolçu oyun zamanı komaya düşdü - Video

8-08-2022, 08:53           
Futbolçu oyun zamanı komaya düşdü - Video
Moldovanın “Zimbru Kişinyov” klubunda çıxış edən niderlandlı futbolçu Donni van İperen “Dinamo-Auto” ilə oyunda ciddi zədə alıb.

Teref.az Fanat.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu hazırda həyatda qalmaq uğrunda mübarizə aparır. O, 11-ci dəqiqədə rəqibin qapıçısı ilə toqquşub və yerə yıxılaraq huşunu itirib. Həkimlər onun həyatını xilas etmək üçün dərhal sahəyə qaçıblar.

“Zimbru”nun oyunçusu xəstəxanaya köçürülüb. Klubdan verilən açıqlamaya görə, o, hazırda komadadır:

“Bu çətin anlarda bütün fikrimiz Donni van İperenlədir. Hollandiyalı futbolçu Kişinyovdakı xəstəxanaya köçürülüb və ona tibbi yardım göstərilir. Donni, möhkəm ol, hamımız sənin üçün dua edirik”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru