"Qarabağ" Avropada 2 pillə irəlilədi

8-10-2022, 12:55           
"Qarabağ" Avropada 2 pillə irəlilədi
Avrokubokların qrup mərhələsinin üçüncü turundan sonra top komandalarının reytinqi açıqlanıb.

Teref.az Fanat.Az-a istinadən xəbər verir ki, cədvəldə Avropanın 438 ən güclü klubu yer alıb.

Azərbaycan siyahıda üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır.
Qurban Qurbanovun yetirmələri 211 xala malikdir. Avropa Liqasında “Olimpiakos”a 3:0 hesabı ilə qalib gələn təmsilçimiz xal hesabını 4 vahid artırıb.

Ötən siyahıda 79-cu olan Ağdam klubu iki pillə irəliləyib. “Qarabağ” hazırda Avropanın 77-cisidir.

Digər klublarımız “100-lük”dən uzaq qərarlaşıb. “Neftçi” 33 xalla qitədə 223-cü, “Qəbələ” 5 xala 380-cidir.

Qeyd edək ki, siyahıya 2297 xala malik “Real” başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru