Yelisey sarayında nahar və futbolda gizli sövdələşmə: FİFA-nın sabiq prezidenti bütün sirləri açdı

9-11-2022, 08:36           
Yelisey sarayında nahar və futbolda gizli sövdələşmə:
Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Jozef Blatter Qətərin 2022-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnu almasını səhv adlandırıb.

O, dünya çempionatının ev sahibi ölkəsinin seçiminin təfərrüatlarından, o cümlədən gizli sövdələşmədən danışıb. O, bu Yaxın Şərq ölkəsi ilə Fransa arasında razılaşmanın olduğunu bildirib.

Cebhe.info xəbər verir ki, onun çıxışından İsveçrənin “Tages-Anzeiger” qəzeti yazıb.

Blatterin sözlərinə görə, 2010-cu ildə çempionatın keçiriləcəyi məkanı seçməzdən əvvəl FİFA İcraiyyə Komitəsi faktiki olaraq Rusiyanın 2018-ci ildə, ABŞ-ın isə 2022-ci ildə dünya çempionatına ev sahibliyi edəcəyini razılaşdırıb. Təşkilatın eks-prezidentinin fikrincə, uzun müddətdir siyasi rəqiblər dünya çempionatlarını arxa-arxaya keçirsələr, bu, sülh jesti olardı.

Lakin seçimdən bir həftə əvvəl Blatterə UEFA-nın ovaxtkı rəhbəri Mişel Platini zəng edib və planın baş tutmayacağını bildirib. O, Yelisey sarayında daha əvvəl Qətərin vəliəhdi ilə nahar edən Fransa Prezidenti Nikola Sarkozi ilə görüşdüyünü deyib.

"Sarkozi Platiniyə deyib ki, dünya çempionatının seçilməsi zamanı UEFA Qətər üçün nə edə bilər?", - Blatter əlavə edib.

Onun sözlərinə görə, sonda 2022-ci il dünya çempionatının ABŞ-da yox, Qətərdə keçirilməsində Platini və tərəfdarlarının 4 səsi həlledici rol oynayıb. Eyni zamanda, Blatter bunun həm Fransa Prezidentinin istəyi, həm də pul məsələsi olduğunu deyib: “6 ayda Qətərin fransızlardan 14,6 milyard dollara qırıcı təyyarələr almışdı”.

İyulda Blatter və Platini dələduzluqda bağlı işdə bəraət alıblar. Məhkəmə onlara qarşı düzgün idarəetmə, etibarın pozulması və qiymətli kağızların saxtalaşdırılması ilə bağlı ittihamları əsaslandırılmamış sayıb.

Blatter 1998-ci ildən FİFA prezidenti vəzifəsində çalışıb. 2015-ci ildə korrupsiya qalmaqalına görə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Xəzər












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.