Ekvador millisi DÇ-2026-nın seçmə turnirində üç xal itirəcək

9-11-2022, 09:04           
Ekvador millisi DÇ-2026-nın seçmə turnirində üç xal itirəcək
İdman Arbitraj Məhkəməsi (CAS) Ekvadoru oyunçu Bayron Kastilyo haqqında yalan məlumatın əks olunduğu sənəddən istifadə etdiyi üçün 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində üç xaldan məhrum edib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Həmçinin, Ekvador Futbol Federasiyası 100 min İsveçrə frankı (təxminən 101,58 min ABŞ dolları) məbləğində cərimə ödəyəcək.

Qeyd edək ki, mayın 5-də Çili Futbol Federasiyası Kastilyonun kolumbiyalı olması və saxta pasportla oynaması səbəbindən Ekvador millisinin 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılmasını tələb edərək məhkəməyə müraciət edib. Çili federasiyası Ekvador komandasının Kastilyonun iştirak etdiyi səkkiz seçmə matçda topladığı xallardan məhrum edilməsini, rəqiblərin isə avtomatik olaraq hər oyunda üç xal almasını tələb edib.

Mayın 11-də məlum olub ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) Kastilyoya qarşı intizam işi açıb, lakin iyunun 10-da qurumun intizam komitəsi Ekvador Futbol Federasiyasına qarşı işi bağlayıb.

Ekvador millisi Cənubi Amerika seçmə turnirinin seçmə qrupunda dördüncü yeri tutaraq, Qətərdə keçirilən dünya çempionatında birbaşa finala yüksəlib. Püşkatmanın nəticəsinə əsasən, komanda Qətər, Seneqal və Niderland seçmələrilə birlikdə A qrupuna düşüb.

Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Cənubi Amerika zonasında 2026-cı il dünya çempionatının seçmə turnirinin ilk oyunları isə 2023-cü ilin martında baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru