Eto DÇ-2022-nin finalı ilə bağlı maraqlı proqnoz verdi

9-11-2022, 09:44           
Eto DÇ-2022-nin finalı ilə bağlı maraqlı proqnoz verdi
Samuel Eto'O Kamerunun 2022 Dünya Kubokunu qazanacağına inanır.

“Barselona”nın keçmiş hücumçusu, hazırda isə Kamerun Futbol Federasiyasının prezidenti ölkəsinin milli komandasının finalda Mərakeşə qalib gələcəyini bildirib.

“Afrika həmişə Dünya Kuboklarını qazanmaq potensialına malik olub, lakin indiyə qədər biz həmişə ən yaxşı tərəfimizi göstərməmişik. Bu illər ərzində Afrika komandaları təcrübə toplayıblar və düşünürəm ki, onlar nəinki dünya çempionatında iştirak etməyə, həm də bu yarışda qalib gəlməyə hazırdırlar”, - Eto’O əlavə edib.

Qeyd edək ki, 2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Kamerun millisi İsveçrə, Serbiya və Braziliya ilə qrupda çıxış edəcək.

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.