Danimarka Futbol İttifaqı FIFA-dan çıxa bilər

24-11-2022, 11:54           
Danimarka Futbol İttifaqı FIFA-dan çıxa bilər
Danimarka Futbol Assosiasiyası dünya çempionatında LGBT nümayəndələrinə dəstək məqsədilə kapitan sarğılarının qadağan edilməsi ilə bağlı qalmaqal fonunda FİFA-dan çıxmaq imkanını müzakirə etməyə hazırdır.

Bu barədə qurumun rəhbəri Yesper Meller bildirib.

O, FİFA-nın Qətərdə keçirilən turnirlərdə “One Love” yazısı olan kapitan sarğılarını qadağan etməsinin Danimarka Futbol Assosiasiyasının “qəzəbinə səbəb olduğunu” deyib.

“FIFA-dan mümkün çıxış ilə bağlı qərar indi verilməyib. Biz bunu avqust ayından Skandinaviya regionunda müzakirə edirik”, - Meller vurğulayıb.

Oun sözlərinə görə, Danimarka bu məsələdə özbaşına hərəkət etsə, problemlər yarana bilər.

“Gəlin görək dialoq qura bilərikmi? FİFA-ya inamı necə bərpa etmək barədə düşünməliyik. Biz nə baş verdiyini qiymətləndirməliyik və sonra strategiya hazırlamalıyıq, o cümlədən skandinaviyalı həmkarlarımızla birlikdə”, - Meller qed edib.

Futbol funksioneri bəyan edib ki, Danimarka qarşıdan gələn seçkilərdə FİFA-nın hazırkı prezidenti Canni İnfantinonu dəstəkləməyəcək.

Mənbə: sportrbc.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.