İsveçrə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
G qrupunun III turunda Serbiya yığmasına 3:2 hesabı ilə qalib gələn kollektiv 2-ci yerin sahibi kimi pley-offa adlayıb.
İlk qolu 20-ci dəqiqədə İsveçrə seçməsindən Cerdan Şakiri vurub. 6 dəqiqə sonra Aleksandar Mitroviç tarazlığı bərpa edib. 35-ci dəqiqədə Duşan Vlahoviç serbiyalıları önə keçirib. 44-cü dəqiqədə Brel Embolo hesabı yenidən bərabərləşdirib. Son nöqtəni isə 48-ci dəqiqədə Remo Froyler qoyub.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran İsveçrə millisini 1/8 finalda Portuqaliyaya rəqib olub. 1 xalı olan Serbiya isə qrupunu sonuncu pillədə tamamlayıb.