Onların sayına görə, Rusiya Avropa Oyunlarından sonra 2-ci yeri tutacaq.
1500 rusiyalı Bakıda Birinci Avropa Oyunlarında könüllü işləyəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, iştirakçıların sayına görə, Rusiya yalnız Azərbaycandan geridə qalır.
“1503 məşəlçi – biz könüllüləri belə adlandırırıq – Rusiyanı təmsil edir, sayca yalnız Azərbaycandan geridə qalırlar. Ümumilikdə, Oyunlar zamanı Bakıda 12500 könüllü işləyəcək. Azərbaycanlı və rusiyalı könüllülərdən başqa Avropa Oyunlarında Böyük Britaniya, İtaliya və Gürcüstan vətəndaşları da könüllü olacaqlar”- Oyunların Təşkilat Komitəsinin nümayəndəsi Gülnaz Quliyevabildirib.
Könüllü işləmək üçün ərizələrin verilməsi və onlara baxılması 2014-cü ilin oktyabr ayından 2015-ci ilin may ayına qədər həyata keçirilib.