Beşqat NBA çempionunun formasını hərracda 7 milyon dollara satmağı planlaşdırırlar

13-01-2023, 10:29           
Beşqat NBA çempionunun formasını hərracda 7 milyon dollara satmağı planlaşdırırlar
Nyu-Yorkdakı “Sotheby's” hərrac evi 2020-ci ildə faciəvi şəkildə həlak olan beşqat NBA çempionu Kobi Brayantın formasını 5-7 milyon dollara satışa çıxarmağa hazırlaşır.

Belə ki, fevral ayının ilk həftəsində hərracda basketbolçunun 25 oyunda əynində olan forması hərraca çıxarılacaq.

Qeyd olunur ki, bu, Brayantın indiyə qədər hərracda satılan ən bahalı əşyası ola bilər.

2021-ci ilin martında oyunçunun NBA-nın yeni mövsümünün açılış oyununda geyindiyi forma hərracda 3,7 milyon dollara satılıb.

Xatırladaq ki, içərisində məşhur basketbolçu Kobe Brayant və qızı Canna olan helikopter yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində qəzaya uğrayıb. Onun göyərtəsindəki 9 nəfərin hamısı həlak olub.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru