"Tottenhem"in sabiq futbolçusu faciəvi hadisə nəticəsində ölüb 20-01-2023, 00:01 İngiltərənin "Tottenhem" komandasının sabiq futbolçusu Anton Uolks faciəvi hadisə nəticəsində ölüb."Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi qayıq qəzasında dünyasını dəyişib.Son olaraq ABŞ-da "Şarlott" komandasının formasını geyinən ingiltərəli oyunçu Mayami yaxınlığında qəzaya uğrayıb.Qeyd edək ki, Anton Uolks 2016 - 2018-ci illərdə "Tottenhem"in şərəfini qoruyub. Facebook-da paylaş