İranda qadınların kişi futbol oyunlarında iştirakına icazə veriləcək

25-01-2023, 12:54           
İranda qadınların kişi futbol oyunlarında iştirakına icazə veriləcək
İran hakimiyyəti iranlı qadınların kişi komandalarının iştirakı ilə keçirilən futbol matçlarında iştirak etmək istəyini nəzərə alacaq.

Bu barədə İran Futbol Federasiyasının sədr müavini Mənsur Qənbərzadə məlumat verib.

“Futbol Federasiyası ölkəmizin qadınlarının bu ədalətli arzusunun yaxın gələcəkdə reallaşması üçün bütün səylərini əsirgəməyəcək”, - deyə o bildirib.

Federasiya rəsmisi qadınların stadionlarda olmasının FIFA-nın tələbi olduğunu vurğulayıb.

“Bu tələbin qadın hüquqlarına aid olduğunu nəzərə alaraq, federasiya yaxın vaxtlarda qadınların stadionlarda olmasına icazə verməyə hazırdır”, - Qənbərzadə bəyan edib.

Qeyd edək ki, 1979-cu ildə İran İslam İnqilabından sonra qadınlar kişilərin oynadığı futbol matçlarında sərbəst iştirak edə bilmirlər.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru