“Liverpul” - “Real Madrid” oyununda 7 qol, “Napoli” “Ayntraxt”dan üstün oldu – YENİLƏNİB + VİDEO

22-02-2023, 12:38           
“Liverpul” - “Real Madrid” oyununda 7 qol, “Napoli” “Ayntraxt”dan üstün oldu
UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, gecənin ən prinsipial matçı İngiltərədə “Liverpul”la İspaniya “Real Madrid”i arasında baş tutub.

Görüşə ev sahibləri yaxşı başlayaraq 14 dəqiqəyə 2 top vursalar da, "Kral" klubu mersisaydlıları qol vurmağa peşman edib. İspanlar ingilislərin qapısından düz 5 top keçirərək səfər oyununda darmadağına imza atıblar - 2:5.


Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya “Napoli”si Almaniyada “Ayntraxt”ın qonağı olub. Bu görüş də qonaqlar üçün uğurlu olub və ikinci hissənin böyük bir qismini say üstünlüyü ilə keçirən italyanların qələbəsilə yekunlaşıb - 0:2.


Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərə “Tottenhem”inə, Almaniya “Bavariya”sı Fransada PSJ-yə, Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Çelsi” klubuna 1:0, Portuqaliya “Benfika”sı isə Belçikada “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.

00:58

Çempionlar Liqasının 1/8 finalı çərçivəsində baş tutan “Liverpul” - “Real Madrid” matçında hər iki komandanın qapıçısı kobud səhvlərlə yadda qalıb.

Əvvəlcə Kral klubunun qolkiperi Kurtua oyunun 14-cü dəqiqəsində Salahın hesabı 2:0-a çatdırmasına şərait yaradıb.

36-cı dəqiqədə isə onun “Liverpul”lu həmkarı Alisonun səhvi hesabın bərabərləşməsinə səbəb olub – 2:2.

Hazırda matçın birinci hissəsi başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru