"Enfild"də rekordlar gecəsi

22-02-2023, 12:13           
"Enfild"də rekordlar gecəsi
UEFA Çempionlar Liqasının 1/8 finalının ilk görüşü çərçivəsində keçirilən "Liverpul - "Real" matçı (2:5) bir sıra məqamlarla əlamətdar olub.

Publika.az xəbər verir ki, "kral klubu" avrokubok yarışlarında "Enfild Roud"da "qırmızlar"ın qapısına 5 qol vuran ilk komanda olub. Ümumiyyətlə, "Liverpul" öz meydanında avrokubok matçları zamanı bunadək qapısından heç 4 top buraxmamışdı.

Sözügedən oyun futbolçular üçün də əlamətdar olub. "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah bu turnirdə 44-cü dəfə qol vurub. Bununla da o, ÇL-də afrikalı futbolçular arasında bombardir olan Didye Droqbaya çatıb. Eyni zamanda, komandasının tarixinə də düşüb. Salah "Liverpul"un avrokuboklardakı ən məhsuldar futbolçusuna çevrilib.

"Real"da isə 2 qol + 1 assist edən Vinisius Junior ümumilikdə karyerası ərzində "Liverpul"un qapısına 5 dəfə yol tapıb. Bu isə İngiltərə təmsilçsinə 4 qol vurmuş Kərim Benzema və Didye Droqbadan daha üstün nəticədir.

Həmçinin, braziliyalı futbolçu 22 yaş 224 günlüyündə "Enfild"də qollar vurmaqla 1966-cı ildən bəri "Liverpul"la oyunda dubl etmiş ən gənc futbolçu ünvanına sahib çıxıb. 1966-cı ildə niderlandlı Yohan Kroyff "Ayaks" forması ilə 19 yaş 233 günlüyündə "Liverpul"a 2 qol vurmağı bacarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru